Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi bir sıra istiqamətlər üzrə qısamüddətli təlimlərə qəbulu açıq elan edir. Müvafiq sahələr üzrə bilik və bacarıqlarını dərinləşdirmək istəyənlər qeydiyyatdan keçərək seçimlərini edə bilərlər. Təlimlərin 15 yanvar tarixindən etibarən 3 ay müddətində davam etməsi nəzərdə tutulur və ödənişli əsaslarla həyata keçirilir. Təlimlərə qatılmaq istəyənlər üçün qeydiyyat formasına giriş linkdə (Qeydiyyat forması) yer almışdır. Mərkəz tərəfindən təşkil ediləcək təlimlərin tam siyahısı belədir:
Koreya standartları üzrə qurulan Mərkəzdə çalışan pedaqoji heyet Koreya Respublikasında təlimləndirilmiş və hazırda tədris prosesini ən son yeniliklərə əsaslanaraq təşkil etməkdədirlər.
- Avtomatika
- PLC proqramlaşdırma
- Avtomobil
- Avtomobil diaqnostikası və texniki qulluq
- İKT
- PHP Essentials
- Java SE
- Photoshop
- İllustrator
- Premiere
- Sənayedə quraşdırılma
- Əl ilə elektrik qövs qaynağı üzrə təlim (SMAW)
- Qazla metal qövs qaynağı üzrə təlim (GMAW)
- GTAW qaynağı üzrə təlim
- Kompleks təlim
- Mexanika
- Mexanika təlimi
- Solidworks
- Mexanika CNC təlimi
- Elektronika
- Elektronikanın əsasları
- Elektrotexnika
- PLC/HMI və sensor idarəetmə
- Elektrik işi və ardıcıl idarəetmə
- İnşaat
- AutoCad proqram təminatı