Turizm və kənd təsərrüfatı sahələri üzrə ən son yenilikləri özündə cəmləyən dərsliklər çapdan çıxıb
18
12 2019
news image

             “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisasının kurikulumu hazırlanması istiqamətində işlər görülüb. Hazırlanan kurikuluma uyğun olaraq 6 yeni modul/dərslik vəsaiti yazılıb. Təhsil Nazirliyinin tərəfindən  nəşr hüququ (qrif) verilən modul/dərsliklər çap edilərək tələbələrin ixtiyarina verilib.
            Yeni məzmunlu, praktiki tapşırıqların geniş yer aldığı dərsliklər Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə hazırlanıb.
            Sözügedən təşkilat tərəfindən 2018-ci il ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində “Turizm təşkilatçısı”, “Mehmanxana inzibatçısı” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə kurikulumlar hazırlanıb və 16 modul dərsliklərin hazırlanması prosesi həyata keçirilib.  Ərsəyə gələn modul tədris vəsaitləri həmçinin  nəşr hüququ (qrif) alaraq və çap edilib.