13 dekabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyasının üzvləri ilə görüş keçirilib.
Görüşdə ağır sənaye və maşınqayırma sənayesinin mövcud vəziyyəti, inkişaf perspektivlərinin öyrənilməsi, müəssisələr arasında korporasiya əlaqələrinin qurulması, mövcud problemlərin vaxtında araşdırılması, həlli yollarının müəyyənləşdirilməsi, müvafiq istiqamətlər üzrə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında işəgötürənlərlə birgə əməkdaşlıq, eləcə də Mərkəzin istehsal imkanları ilə bağlı müzakirələr aparılıb.
Tədbir zamanı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiyasiyası arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb.
Tədbirin sonunda iştirakçılar Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.