İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzinin nümayəndələri Dünya Halal Sammitində iştirak edib
11
12 2019
news image

          28 noyabr- 1 dekabr 2019-cu il tarixlərində İstanbulda Dünya Halal Sammiti çərçivəsində Beynəlxalq Aşpazlar müsabiqəsi keçirilib.

          Müsabiqədə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzinin aşpaz ixtisası üzrə istehsalat təlimi ustası Naim İsgəndərov və tələbəsi Röyal Baxışov Azərbaycan Milli Kulinariya Assosiasiyası komandasının tərkibində çıxış ediblər.

          Ölkəmizi təmsil edən iştirakçılardan fərdi yarışlarda Naim İsgəndərov 1 qızıl (desert sinfindən), 1 gümüş (modern sinfindən), 1 bürünc (balıq sinfindən), Röyal Baxışov 1 qızıl (desert sinfindən), 1 gümüş (quzu sinfindən), 2 bürünc (modern və balıq siniflərindən) medal əldə edib. Komanda yarışlarında isə komandamız II yeri tutaraq gümüş medal qazanıb.

          Dünyanın müxtəlif yerlərindən rəsmi şəxslərin, elm və iş adamlarının qatıldığı Halal Sammitdə bu il 12 ölkənin komandası (Azərbaycan, Türkiyə, İraq, Özbəkistan, Rusiya, Çeçenistan Respublikası, Livan, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Çuvaş Respublikası) iştirak edib.

          Sammit İslam ölkələrin mütəxəssislərini bir araya gətirir və bütün dünyada qəbul ediləcək Halal sertifikatlaşdırma standartlarının formalaşmasına öz töhfəsini verir.