Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində böyük şairi İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
29
11 2019
news image

                Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırladığı tədbirlər planınına uyğun olaraq Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 29 noyabr tarixində Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

                Tədbirdə tələbələrin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunmuş səhnəciklər göstərilib, qəzəl nümunələrindən ifalar səsləndirilib,

                Daha sonra Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Nahibə Orucovanın İmaddədin Nəsimi yaracılığına həsr olunmuş “Zərrə mənəm” kitabının təqdimatı keçirilib.

                Mərkəzin direktoru Mətləb Hüseynov tədbirin ərsəyə gəlməsinə böyük rolu olan müəllim və tələbələrə Fəxri Fərman və gül dəstələri təqdim edib.

                Tədbirdə Mərkəzin tələbələrinin İmadəddin Nəsimi və onun əsərlərinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib