Pilot peşə təhsili mərkəzlərində səriştələrinin artırılması və müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir
02
12 2019
news image

                   Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisə daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir.

                   Bu istiqamətdə növbəti təlim 18-22 noyabr tarixlərində “Buğda əkini və Silosluq/Dənlik Qarğıdalının İstehsal Texnologiyası”  mövzusunda xarici ekspert tərəfindən Qax  Peşə liseyində keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissə Qax Peşə Liseyində, praktiki hissə isə Qax Aqroparkında (ULU Agro MMC) keçirilib.

                   Həmçinin, 25-29 noyabr tarixlərində “Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı” mövzusunda alman eksperti tərəfindən  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim keçirilib. Gəncə Avtomobil Zavodunun İsmayıllı rayonunda yerləşən servis mərkəzinə (əvvəlki Aqrolizinq ASC) iştirakçıların səfəri təşkil olunub.

                   Prosesinin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların özlərinin gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi nəzərdə tutulub.

                   Təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Əmək və Əhalinin sosial Məşğuluq Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda AZZA Agro MMC, Kazımoğlu KFT MMC, Uğur MMC, Gilan Dairy Farms MMC-in müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri (fermerlər) qatılıblar.