Türkiyənin peşə liseyləri ilə qardaş məktəb layihələrinin imzalanması həyata keçirilib
26
11 2019
news image

                Azərbaycanda peşə təhsilinin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, hazırlanan kadrların rəqabətədavamlılığı üçün  peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət Türkiyədə təlimlərə cəlb edilib.

                Qonşu ölkənin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə keçirilən təlimlər Azərbaycan və Türkiyə Təhsil nazirlikləri arasında əldə edilən razılaşmaya əsasən reallaşdırılıb.

                Nümayəndə heyətinin Türkiyədə olduğu müddətdə əməkdaşlığın davamı olaraq, İzmirdə fəaliyyət göstərən, ixtisaslaşmış 5 peşə liseyi ilə qardaş məktəb layihələrinin imzalanması həyata keçirilib. Qarşılıqlı əməkdaşlığı nəzərdə tutan bu layihələr aşağıdakı təhsil müəssisələri arasında baş tutub:

  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Konak Çınarlı Mesleki ve Texnik Anadolu Liseyi arasında
  • İsmayıllı Peşə Tədris Mərkəzi ilə Bornova Mesleki və Texnik Anadolu Liseyi arasında
  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Şəhid İdari Ateşe Çağlar Yücel Mesleki və Texnik Anadolu Liseyi
  • Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Konak Alsancak Nevvar Salih İşgören Mesleki ve Texnik Anadolu Liseyi arasında
  • Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi isə Mazhar Zorlu Mesleki və Texnik Anadolu Liseyi arasında

                Sözügedən qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsi, peşə təhsili sahəsində iş birliyi və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Layihədə, həmçinin birgə təhsil proqramlarının hazırlanması və tətbiqi imkanları, müəllim və tələbə mübadiləsi, tədris materiallarının istifadəsi də  nəzərdə tutulub.