“Xalçaçı” ixtisası üzrə səriştə əsaslı təhsil proqramlarının (kurikulumların) hazırlanması ilə əlaqədar işçi qrupunun müzakirəsi keçirilib.
12
11 2019
news image

            12 noyabr 2019-cu il tarixində “Xalçaçı” ixtisası üzrə işçi qrupunun ilk iclası keçirilib.

            Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, peşə təhsili müəssisələrinin mühəndis pedaqoji heyəti və “Azərxalça” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial və Müdafiəsi Nazirliyi və digər özəl sektor nümayəndələri iştirak ediblər.

            Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov Azərbaycanda xalça sahəsinin hazırkı vəziyyəti barədə ümumi məlumat verib. Tədbirdə “Xalçaçı” ixtisası üzrə hazırlanacaq kurikulumun müzakirəsi və gözləntilər, əmək bazarının tələbləri və özəl sektorun nümayəndələrinin tələb, dəstək və təklifləri müzakirə edilib.

             Qeyd edək ki, “Xalçaçı” ixtisası üzrə kurikulumun hazırlanması Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində həyata keçirilir.