Dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı Şərqi Avropa təcrübəsinin öyrənilməsi davam edir.
15
11 2019
news image

                 Peşə Təhsili üzrə Dövlət Agentliyi, peşə təhsili müəssisələri və işəgötürən şirkətlərin nümayəndələrindən ibarət heyət 11 noyabr tarixindən etibarən Bosniya Herseqovina və Serbiya Respublikalarında keçiriləcək təlim səfərinə qatılıb.
              Təlim səfərinin əsas məqsədi Şərqi Avropa ölkələrində dual peşə təhsili elementlərinin tətbiqi ilə bağlı qabaqcıl təcrübələrlə tanış olmaq və dual peşə təhsili və təlimi modelinin Azərbaycanın peşə təhsili sahəsində tətbiq metodlarının öyrənilməsidir.
             Təlim səfərinin ikinci hissəsində, 13-15  noyabr tarixlərində nümayəndə heyəti Serbiya Respublikasının Elm, Təhsil və Texnologiya Nazirliyi, Ticarət Palatası, Təhsil və Tərbiyə İnstitutu Serbiya Respublikasında yerləşən peşə təhsili müəssisəsini ziyarət edərək Serbiya Respublikasının peşə təhsili sistemlərinə dair ümumi məlumat toplayıblar. Bununla yanaşı, onlar müvafiq qurumların əməkdaşları ilə yeni ixtisasların tətbiqi təşəbbüsləri, keyfiyyətin təminatı, peşə təhsili və təlimi proqramlarının hazırlanması, peşəyönümü fəaliyyətinin həyata keçirilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və digər mövzularda fikir mübadiləsi aparıblar.
                 Sözügedən təlim səfəri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən  “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.