Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir.
08
11 2019
news image

           Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir.

           Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.

            Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təşkil olunub.

           Hazırkı təlimlər liderlik, dərzi, dizayn, turizm və qida istiqamətləri üzrə həyata keçirilir.

           İzmir şəhərində keçirilən təlim Mazhar Zorlu Anadolu Teknik liseyində təşkil olunub. Təlimin ilk günündə təlim iştirakçıları ilə liseyin idarə heyətinin görüşü baş tutub, daha sonra liseyin maddi texniki bazasına baxış həyata keçirilib. 

           Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.

           Təlimlərin 15 müxtəlif istiqamət üzrə, İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub.