Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “İsitmə və soyutma avadanlıqlarının mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbələri ilə müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri arasında görüş keçirilib.
25 oktyabr Bakı Ekspo Mərkəzində keçirilən İnşaat Sərgisi zamanı baş tutan görüşün əsas məqsədi tələbələrin bu sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri ilə yaxından tanış olması və gələcəkdə həmin müəssisələrdə işçi qüvvəsi kimi cəlb edilmə imkanlarının müzakirəsi olub.
Görüş zamanı tələbələr təhsil aldıqları ixtisas və onun məzmunu haqqında özəl sektor nümayəndələrinə məlumat veriblər.
Qeyd edək ki, “İsitmə və soyutma avadanlıqlarının mütəxəssisi” ixtisası Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin 6 pilot ixtisasından biridir.