Səriştələrin tanınması və sənədləşdirilməsi üzrə pilot layihə icra edilir
22
11 2019
news image

             21 noyabr 2019-cu il tarixində Gəncə şəhərində İnformal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə özəl sektor nümayəndələri ilə dəyirmi masa ətrafında müzakirələr aparılıb.

             Tədbirdə Peşə Dövlət Agentliyinin nümayəndəsi, BMTİP-in xarici eksperti,  layihə əməkdaşları, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının regional nümayəndəliyi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil mərkəzinin pedaqoji heyəti və tikinti üzrə regionda fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak ediblər.

             Görüşün keçirilməsində əsas məqsəd səriştələrin tanınması ilə bağlı işəgötürənlərin məlumatlandırılması, pilot layihə çərçivəsində onların iştirakının təmin edilməsi, o cümlədən əmək bazarında tələb edilən səriştələrə dair ehtiyacın öyrənilməsidir.

            İlk dəfə pilot olaraq Gəncədə tətbiq edilməsi planlaşdırılan, Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye və Texnologiyalar üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.