Təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı istiqamətində İrlandiya təcrübəsi öyrənilir
25
10 2019
news image

Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşlarının yer aldığı nümayəndə heyətinin İrlandiya Respublikasının Dublin şəhərinə işgüzar səfəri baş tutub.

Səfər təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İrlandiya təcrübəsi ilə tanış olmaq, mütərəqqi təcrübənin Azərbaycanda tətbiqi imkanlarını öyrənmək məqsədinə xidmət edib.

Səfər zamanı Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Peşə Təhsili və Təlimi Agentliyi (SOLAS), Milli Təlim Fondu, Təhsil və Təlim İdarəsi, Maliyyə üzrə Milli İnkişaf Agentliyi, Skillnet, Kvalifikasiya Qrumu, dövlət-özəl tərəfdaşlığı layihələrinə texniki məsləhət xidməti göstərən şirkət Turner & Townsend, dövlət-özəl tərəfdaşlığı layihələrinin idarə edilməsi üzrə ixtisaslaşmış şirkət PARIO-nun nümayəndələri və rəhbərləri ilə görüşlər reallaşdırılıb. Görüşlər zamanı, İrlandiyanın təhsil sistemi araşdırılmış, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və idarə edilməsi öyrənilmiş, maliyyələşdirmə mexanizmləri və iş yerində təlim mexanizmi nəzərdən keçirilmişdir. Eyni zamanda 4 gün davam edən təlim səfərində dövlət özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən Athboy məktəbi və Baldoyel Təlim Mərkəzinə səfər edilib.

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsi ilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində həyata keçirilib.