Peşə təhsil müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılması istiqamətində təlimlər davam edir.
23
10 2019
news image

              2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən 15 müxtəlif istiqamət üzrə peşə təhsil müəssisələrinin 49 nəfər mühəndis-pedaqoji heyəti üçün Türkiyə Respublikasının İstanbul, Ankara və İzmir şəhərlərində təlimlərin keçirilməsi nəzərdə tutulub.

             Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik, zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.

             Hal- hazırda sözügedən təlimlər İzmir və İstanbulda avtomobil, elektrik, incəsənət, inşaat, mebel, kənd təsərrüfatı istiqamətləri üzrə davam edir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə- tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.