Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “OBA Retail Chain” MMC arasında olan əməkdaşlıq çərçivəsində karyera imkanlarını nümayiş etdirən tədbirlər təşkil edilib.
30
10 2019
news image

            Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “OBA Retail Chain” MMC arasında olan əməkdaşlıq çərçivəsində 11 oktyabr tarixində İctimai İaşə və Xidmət, 23 oktyabr tarixində Turizm və Sosial Xidmətlər, 30 oktyabr tarixində isə Emal Sənayesi üzrə Bakı Peşə Təhsili Mərkəzlərində gənclər üçün karyera imkanlarının nümayişi məqsədilə tədbirlər keçirilib.  Tədbirlərdə təhsil müəssisələrinin sonuncu kurs tələbələri fəal iştirak ediblər

            Tədbir zamanı şirkətin İnsan resursları və Karyera və inkişaf şöbələrinin nümayəndələri tərəfindən şirkətin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında iştirakçılara geniş məlumat verilib. Həmçinin, iştirakçılar arasından işə qəbulla bağlı müraciət edənlərin CV-ləri dəyərləndirilmək üçün qəbul edilib və onları maraqlandıran suallar cavablandırılıb.

            Gənclərin məşğulluq imkanlarının artırılması ilə məqsədilə digər təhsil müəssisələrində də bu cür tədbirlərin təşkil olunması nəzərdə tutulub.

            Qeyd edək ki, tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “OBA Retail Chain” MMC arasında 10 oktyabr 2019-cu il tarixində bağlanılan əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.