10-12 oktyabr tarixlərində Qax Peşə Liseyinin “Bitkiçilik mütəxəssisi” və İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisasları üzrə müəllimlər və tələbələrdən ibarət heyətlə Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Tə
12
10 2019
news image

              10-12 oktyabr tarixlərində Qax Peşə Liseyinin “Bitkiçilik mütəxəssisi” və İsmayıllı Peşə Tədris Mərkəzinin “Üzüm və şərab ustası” ixtisasları üzrə müəllimlər və tələbələrdən ibarət heyətlə Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə qatılıblar. Müəllimlər və tələbələr sərgi iştirakçılarına və ziyarətçilərə müvafiq ixtisaslarla bağlı məlumat verib, onların suallarını cavablandırıb, həmçinin stenddə təqdim olunan alət və nümunələrdən istifadə edərək kiçik praktiki işlər nümayiş ediblər.

              Sərginin 2-ci günü Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Şirniyyatçı” ixtisası üzrə məzun Elman Səfərov tortun bəzədilməsi üzrə “master klas” keçirib. Könüllü olaraq seçilmiş yarışmaçılar da Elman bəyin təlimatı əsasında paralel olaraq tort bəzəyiblər. Növbəti gün mərkəzin “Ofisiant, barmen, bufetçi” ixtisası üzrə məzunu Rəşad Rəsulovun alkoqolsuz kokteyl hazırlamaq üzrə keçirdiyi “master klas”ı iştirakçılar və yarışmaçılar tərəfindən maraqla qarşılanıb. Eyni gündə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Bakıda tanınmış restoranların birində çalışmış Arzu Seyidova auditoriya qarşısında öz şəxsi uğur hekayəsini bölüşüb. Qafqaz Tufandağ Hotel-də təşkil olunan təlim müddətində tələbələrə, eləcə də Arzu Seyidovaya təlim keçmiş otelin baş aşpazı Ruslan Şıxıyev peşə təhsilinin üstünlükləri barədə çıxış ediblər.

              Qeyd edək ki, tələbələr təhsil müddətində ED VET layihəsi çərçivəsində hazırlanan “Duala bənzər peşə təhsili və təlimi (PTT)” konseptinə uyğun olaraq pilot peşə mərkəzləri ilə özəl sektor arasında əldə olunan razılaşmaya əsasən həmin müəssisələrdə praktiki təlimlər keçirlər. Eləcə də, 2018/2019-cu tədris ili üzrə bir illik turizm ixtisasları təlim müddətinin sonunda  27-28 iyun 2019-cu il tarixlərində birbaşa müəssisələrdə təşkil olunan praktiki qiymətləndirmə imtahanlarında iştirak ediblər. Ümumilikdə, 55-dən artıq müəssisə ilə əməkdaşlıq əlaqəsi qurulmuş, 40-a yaxın müəssisə ilə aktiv şəkildə əməkdaşlıq həyata keçirilib.

              “İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.