13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi artıq yekunlaşıb
12
10 2019
news image

            10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi artıq işini yekunlaşdırıb

            Sərgidə 22 ölkədən 150-dən artıq iştirakçı öz stendini təqdim edib.
            Peşə Təhsili üzrə Dövlət Agentliyi tədbirə 9 müəssisə və 15 ixtisası təmsil edən heyətlə qatılıb. Bu il Peşə təhsili müəssisələri hazır məhsullarla yanaşı, öz istehsal proseslərini də sərgi iştirakçılarına nümayiş etdiriblər. Sərgi iştirakçıları həmçinin məktəblərin istehsalat-təlimi ustaları və tələbələri tərəfindən praktiki nümayiş etdirilən dərslərdə iştirak edərək hədiyyələr əldə etmək imkanı qazanıblar. Agentlik üçün ayrılmış guşədə təqdim olunan xalçaçılıq, vitraj, tikişçilik, zərgərlik, misgərlik, qrim ustası və digər ixtisasların əyani nümunələri təqdim olunub.
            Peşə Təhsili üzrə dövlət Agentliyi 3 gün ərzində bir-birindən maraqlı konseptlər təqdim edib, masterklaslar keçirib və müxtəlif mövzular ətrafında müzakirələr aparıblar.
            Sərgi zamanı Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzinin qrim ustası ixtisasının tələbləri İmadəddin Nəsimi, Hacı Zeynalabdin Tağıyev və Üzeyir Hacıbəyovun obrazlarını yaradıblar. Mingəçevir Peşə Məktəbinin tikişçi və tikiş avadanlıqlarının operatoru ixtisası üzrə təhsil alan tələbələr hazırladıqları çantaların üzərində müxtəlif növ tikiş və hörgülər nümayiş etdiriblər. Qax Peşə Liseyi dənli bitkilərin cücərməyə hazırlanması, tərkibinin təmizlənməsi və onların zərərvericilərdən ayrılması prosesini nümayiş etdiriblər. Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi metalın qeyri metaldan ayrılması prosesini təqdim ediblər.
            Bundan başqa Agentliyin stendində təqdim olunan vitraj texnikası, şəbəkə qolbaqlarının hazırlanması və s. sərgi iştirakçıları arasında böyük maraqla qarşılanıb.
            Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendi sərginin “Ən cəlbedici stend”i nominasiyasında qalib olub.