Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendi 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində “Ən cəlbedici stend” nominasiyasına layiq görülüb.
12
10
2019
Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir. Tədbirə 9 müəssisə və 15 ixtisası təmsil edən heyətlə qatılan Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendi sərginin “Ən cəlbedici stend” nominasiyasına layiq görülüb.
Sərginin son günü peşə məktəbimizin məzunu tərəfindən barmen ixtisası üzrə alkoqolsuz kokteyllərin hazırlanması ilə bağlı mini müsabiqənin keçirilməsi və sərginin lektoriumunda aşpaz ixtisası üzrə məzun olmuş, hazırda 5 ulduzlu mehmanxanalarda çalışan məzunlarımız, eləcə də işəgötürənlərin bu prosesdə iştirakı ilə bağlı məlumat xarakterli müzakirənin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqənın qaliblərinə hədiyyələr təqdim ediləcək.
Həmçinin oxu