13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir
11
10 2019
news image

              Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam  edir.

              Peşə Təhsili üzrə Dövlət Agentliyi tədbirə 9 müəssisə və 15 ixtisası təmsil edən heyətlə qatılıb. Bu il Peşə Təhsili üzrə Dövlət Agentliyinin stendində hazır məhsullarla yanaşı, onların istehsal prosesi də sərgi iştirakçılara nümayiş etdirilib. Sərgi iştirakçıları həm də məktəbinin istehsal təlimi ustaları və tələbələri tərəfindən praktiki göstəriləcək dərslərdə iştirak edərək hədiyyələr əldə etmək imkanı qazanıblar.  Agentlik üçün ayrılmış guşədə təqdim olunan xalçaçılıq, vitraj, tikişçi, bitkiçilik, avtomatika, zərgərlik, misgərlik, qrim ustası  və s. ixtisaslarının əyani nümayişi təqdim olunub.

              Sərginin ikinci günü Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Mərkəzi vitrajla bağlı maraqlı masterklas təqdim edib. Masterklasda iştirak edən sərgi iştirakçılarına hədiyyələr təqdim olunub. Məktəbin qrim ustası ixtisasının tələbləri isə dahi bəstəkar Üzeyir Hacıbəyovun obrazını yaradıblar.

              Mingəçevir Peşə Məktəbinin tikişçi və tikiş avadanlıqlarının operatoru ixtisası üzrə təhsil alan tələbələr hazırladıqları çantanın üzərində müxtəlif növ tikiş və hörgülər nümayiş etdiriblər.

              Günün ikinci yarısı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin qənnadçı ixtisasının məzunu olmuş Elman Səfərovun hazırladığı masterklasla davam edib. Yarışmaçılar bu dəfə şirniyyat bəzədilməsi prosesində iştirak ediblər.

              Sonda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Xanlarov Rəşad beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsi barədə info məlumat təqdim edib.