Təhsil sektorunda özəl sektorun iştirak modelləri mövzusunda tədbir baş tutub
05
10 2019
news image

          4 oktyabr tarixində  Azərbaycanda təhsil sektorunda özəl sektorun iştirak modelləri mövzusunda seminar və təhsildə Dövlət Özəl Tərəfdaşlığı strategiyasının ilkin konsepsiyalarına dair təqdimat həyata keçirilib. Tədbirə bir sıra dövlət qurumları, beynəlxalq təşkilatlar və həmçinin özəl sektor nümayəndələri qatılıb. Məhsuldar məcrada davam edən tədbir çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin ərsəyə gətirdiyi 2 ilkin-texniki əsaslandırmanın özəllikləri tədbir iştirakçılarına təqdim edilib. Tədbirə qatılan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov özəl sektor nümayəndələrinin cəlbi sayəsində peşə təhsilinin keyfiyyətinin və son innovativ yanaşmaların təhsil prosesinə gətirilməsinə şərait yaradacağını qeyd edib.

          Çoxsaylı sualların yer aldığı tədbirdə müxtəlif təhsil pillələri üzrə özəl sektorun cəlb edilməsinin mümkünlüyü müzakirə edilib.