Prezident təhsil işçilərini mükafatlandırdı
04
10 2019
news image

             Prezident İlham Əliyev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, sərəncamlara əsasən, ümumilikdə 126 nəfər təhsil işçisi təltif olunub.

             Dövlət başçısının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq, 64 nəfər bu medala layiq görülüb.

             Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 62 nəfər təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib.

 

 

             Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

             Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı