Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin altıncı iclası keçirilib.
19
09 2019
news image

             “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçilərinin iştirakı ilə keçirilən iclasda layihənin “Beşinci Aralıq hesabatı” dinlənilib və müzakirələr aparılıb.  

             İclasda layihənin ölkə üzrə direktoru cənab Björn Hansson “Beşinci Aralıq hesabatı” dövründə həyata keçirilmiş işlər və növbəti mərhələdə planlaşdırılan tədbirlərə dair təqdimatla çıxış edib.

             Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ölkədə peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb və layihənin komponentləri üzrə nəzərdə tutulan tədbirlərin icra müddətində həyata keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra iclasda layihənin müddətinin uzadılmasına zəmin yaradan bəzi məsələlərin vacibliyi qeyd olunub.

             Tədbirdə digər çıxış edənlər “Beşinci Aralıq hesabatı” və  qarşıda duran məsələlərə dair öz fikirlərini bildiriblər.