Yeni tədris ili öncəsi Peşə təhsili müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
14
09 2019
news image

          14 sentyabr tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

          Tədbir zamanı bir sıra təhsil müəssisələrinin rəhbərlərinə hesabat çıxışları üçün fürsət yaradılıb. Görüş zamanı həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Məcid Bayramlı yeni tədris proqramları və tədris standartlarının tətbiqi barədə ətraflı məlumat verib. Tədbirdə vurğulanan digər məsələlər arasında peşə təhsili müəssisələrinin maliyyə fəaliyyəti və təlim-təsərrüfat səhələrindən səmərəli istifadə olub. Sonda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov yeni tədris ilində peşə təhsili sahəsində qarşıda duran əsas vəzifələrdən bəhs edib.                                                                                                   

          Tədbir cari tədris ilindən fəaliyyətə başlayacaq Koreya standartları əsasında yaradılan Mərkəzə səfər turu ilə sona çatıb.