Peşə təhsilində kurikulum üzrə tədrisin təşkilinə dair təlimat və məlumatlar toplusu hazırlanıb
12
09 2019
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin birgə təşəbbüsü ilə Peşə təhsilində kurikulum üzrə tədrisin təşkilinə dair təlimat və məlumatlar toplusu işlənib hazırlanıb.

Sözügedən təlimat peşə təhsil müəssisələrində modullaşdırılmış kurikulumların tətbiqinə hazırlaşan mühəndis pedaqoji heyətin istifadəsi üçün nəzərdə tutulub. Təlimatla işlədikdən sonra istifadəçi yeni hazırlanmış kurikulumlar əsasında tədrisi planlaşdırmağı, həyata keçirməyi və qiymətləndirməyi bacaracaqdır.

Səriştə Əsaslı Təlim (SƏT), kurikulum və tədris materialları, modul, əmək bazarı, peşə standartları, kvalifikasiya standartları, tələbə, müəllim və usta haqqında ümumi məlumatların yer aldığı təlimatda, həmçinin əlavə təhlil, öyrənmə fəaliyyətləri, təlim, təlimin həyata keçirilməsi və qiymətləndirilməsi kimi mövzuları da özündə birləşdirir.

Aşağıdakı keçiddən təlimatın elektron versiyasını yükləyə bilərsiniz.

TƏLİMAT