İsmayıllı Peşə Tədris Mərkəzinin üzümçülük və şərab ustası ixtisası üzrə təhsil alan tələbələr yetişdirdikləri məhsulun yığımını həyata keçiriblər
06
09 2019
news image

                 

                    5 sentyabr 2019-cu il tarixində ED VET layihəsi çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzi və İsmayıllı Şərab-2 müəssisəsi arasında əldə olunan razılaşmaya əsasən tədris mərkəzinin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən ayrılmış və 2019-cu ilin fevral ayından etibarən mərkəzin tələbələri tərəfindən qulluq göstərilən 2 hektar nümayiş sahəsindən ilk üzüm yığımı başlayıb. Bu münasibətlə ED VET layihəsi tərəfdaşları beynəlxalq üzüm və şərab ekspertlərinin müşaiyəti ilə üzüm sahəsinə səfər edərək tələbələrin üzüm yığıma izləmək, eləcə də şəxsən üzüm yığımında iştirak edib və şərab istehsalı prosesi ilə əyani tanış olmaq imkanı əldə ediblər.

                   İl ərzində üzüm sahəsinə qulluğun bütün mərhələləri sözügedən müəssisənin yerli və həmçinin xarici mütəxəssislərinin birbaşa nəzarəti altında üzümçülük və şərab ustası ixtisası üzrə təhsil alan gəncləri tərəfindən aparılıb.

                   Sözügedən təşəbbüs Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması (ED VET) layihəsi çərçivəsində həyata keçirilir. Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşən və Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunan layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.