2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsi yekunlaşmaq üzrədi. Müsabiqənin 2-ci mərhələsində 5500 qədər vətəndaş müraciət qeydə alınıb. Ən çox müraciət olunanlar sırasında dərzi, kompüter operatoru, xalçaçı, elektrik qaz qaynaqçısı, aşpaz ixtisaslarını qeyd etmək olar.
2-ci mərhələ ilə bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Müsabiqənin 1-ci mərhələsində iştirak etməyən namizədlər də bu mərhələdə sənədlərini təqdim edə bilərlər.
Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılır.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. 2-ci mərhələ üzrə nəticələrin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.