2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsi davam etməkdədir
02
09 2019
news image

             2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsi davam etməkdədir. Müsabiqənin 2-ci mərhələsində ən çox müraciət olunanlar ixtisaslar sırasında Dərzi, Aşpaz, Kompüter operatoru, Elektrik qaz qaynaqçısı, Xalçaçı, Elektrik avandanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Mehmanxana inzibatçısı yer alır. Bugünə olan statistik məlumatlara əsasən 2-ci mərhələ üzrə 4125-dən artıq vətəndaş müraciət qeydə alınıb.

              Müsabiqəyə 1-ci mərhələsində iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər. 2-ci mərhələ ilə bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

             Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

             Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. 2-ci mərhələ üzrə nəticələrin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.