Peşə təhsili müəssisələrinə qeydiyyatın son günü
27
08 2019
news image

              2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrində təhsil almağa qərar vermiş və ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri cari günün sonunadək qəbul olduqları təhsil müəssisələrinə təqdim etmələri xahiş olunur.

  • Təhsil haqqında sənədin əsli;
  • Tibbi arayış;
  • Şəxsiyyət vəsiqəsi (surəti);
  • 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
  • Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

 

              Gün ərzində sənədlərini peşə təhsili müəssisəsinə təqdim etməyənlər və ya 10 gün ərzində üzrsüz səbəbdən tədris prosesində iştirak etməyənlər təhsil almaqdan imtina etmiş hesab edilir.