Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti 22-27 avqust tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində keçirilməkdə olan sayca 45-ci “World Skills” müsabiqəsində iştirak etməkdədir. Sözügedən müsabiqəyə “qonaq” iştirakçı qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov və Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov qatılıb.
1300-dən çox iştirakçının, 63 ölkə və regionun qatıldığı müsabiqədə 56 növ bacarıq üzrə yarışların həyata keçirilməsi nəzərdə tutulur. Bacarıqların nümayiş edilməsi üzrə ən nüfuzlu müsabiqələrdən hesab edilən “WorldSkills”-ə bu il 200 000-dən artıq ziyarətçinin və 3 500-dən çox könüllünün qatıldığı qeyd olunur.
Tədbir zamanı həmçinin “HRD Korea” və “World Skills Russia” təşkilatı komitəsinin üzvləri ilə məhsuldar görüşlər keçirilib və təcrübə mübadilə aparılıb. Müsabiqə zamanı həmçinin peşə təhsili müəssisələrinin avadanlıq təchizatı üzrə ixtisaslaşan şirkətlərlə də səmərəli danışıqlar aparılıb.
Əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıqların və peşələrin inkişaf etdirilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsi olan edilən “WorldSkills” müsabiqə həmçinin “Peşə təhsilli kadrların olimpiadası” kimi də tanınır.