Xocalı soyqırımına həsr olunmuş birincilik
26
02
2019
24-25 fevral tarixlərində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş məktəblilər arasında atıcılıq üzrə rayon birinciliyi keçirilib.
Yarışda Biləsuvar Peşə Liseyinin tələbələri ilə yanaşı, 22 ümumtəhsil məktəbinin 100-ə yaxın şagirdi sərrast atıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.
Gərgin və maraqlı keçən yarışda Biləsuvar Peşə Liseyinin komandası birinci yerə layiq görülüb.
Qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.
Həmçinin oxu