Peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib
19
02 2019
news image

              Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Kanadanın İstanbul şəhərindəki Baş Konsulluğunun və Kanadanın ən böyük peşə təhsili müəssisələri assosiasiyası olan “Colleges Institutes Canada” (CI Can) nümayəndə heyəti ilə görüş keçirilib.

              Görüşdə ölkəmizdə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar, həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verilib, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb, Kanada və Azərbaycan arasında peşə təhsili sahəsində böyük əməkdaşlıq potensialının mövcudluğu qeyd edilib. Bununla yanaşı, “Colleges Institutes Canada” təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələr və Azərbaycanda peşə təhsilinin inkişafına dair mümkün əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

              Daha sonra kanadalı nümayəndə heyəti STEP Kompüter Akademiyasında olub, burada yaradılan şəraitlə yaxından tanış olublar.