İsmayıllı Peşə Tədris Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qax Peşə Liseyində “Özəl sektorla kommunikasiya əlaqələrinin qurulması” mövzusunda təlimlər keçirilib.
Təlimçi, peşə təhsili üzrə xarici ekspert Gebhard Hafer iştirakçılara özəl sektor ilə əməkdaşlıq əlaqələrinin qurulması yolları, kommunikasiya kanallarının seçilməsi və tətbiqi, CV və motivasiya məktubunun hazırlanması qaydaları, iş müsahibəsinə hazırlıq barədə geniş məlumat verib.
Qeyd edək ki, təlimlər “Qəbələ, Qax və İsmayıllı rayonlarında duala-bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması (ED VET)” layihəsi çərçivəsində həyata keçirilib. ED VET layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur.