Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində master klass təlimləri keçirilib
22
02 2019
news image

             18-22 fevral tarixlərində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində xarici ekspertlər tərəfindən təlimlər (Master klass) təşkil edilib.

             TəlimlərAvropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub.

             5 gün davam edən təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisəsinin müəllim-pedaqoji heyəti və tələbələri, özəl sektorun və layihənin nümayəndələri iştirak edib.

             Təlimin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə beynəlxalq eskpertlər tərəfindən təqdim edilmiş müasir avadanlıqların istifadəsi qaydalarının yerində öyrədilməsi olub.

             Qeyd edək ki, layihə çərçivəsində “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, ”Tornaçı”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis”, “Plastik qaynaqçı” ixtisasları üzrə kurikulum və tədris materialları hazırlanıb, həmin ixtisaslar üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avandanlıqlar (CNC maşınlar, böyük politilen və etilen plastik qaynaq avadanlıqları, soyutma və isitmə avadanlıqları və ölçmə cihazları, torna cihazları və s.)  mərkəzə təqdim edilib.