Lənkəranda keçirilən açıq inşa müsabiqəsinin qalibləri müəyyənləşib
08
02
2019
Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim peşəm” mövzusunda açıq inşa müsabiqəsi keçirilib.
İnşa müsabiqəsində Lənkəran rayonunun 10 ümumtəhsil məktəbinin VI-IX sinif şagirdləri iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən, Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin və Liman şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri müsabiqənin qalibi olublar.
Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Həmçinin oxu