Tələbələr Sumqayıt Texnologiyalar Parkında olub
22
02 2019
news image

            Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik-qaz qaynaqçısı” və “Geniş profilli dəzgahçı” ixtisası üzrə təhsil alan tələbələrin Sumqayıt Texnologiya Parkına infoturu təşkil olunub.  

            Tur zamanı tələbələr Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən Qaynaq Quraşdırma və Mexaniki Emal Zavodlarında, Dəqiq Emal Sexində olub,istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə yeni texnologiya və avadanlıqların iş rejimi, emal prosesi haqqında ətraflı məlumat veriblər.

           Qeyd edək ki, peşə təhsili müəssisələrində təhsil alanların müxtəlif sənaye müəssisələrinə infoturu “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarının yüksəkixtisaslı kadrlara olan tələbinin təmin edilməsi, müəssisələrlə sıx əlaqələrin yaradılması məqsədi ilə təşkil olunur.