Peşə təhsili müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq əlaqələri genişlənir
22
01 2019
news image

              “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən tədbir çərçivəsində təşkil olunan sərgidə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin də əl işləri nümayiş etdirilib.

               Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sağlamlıq imkanları məhdud tələbələri tərəfindən hazırlanan əl işləri tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

               Tədbir zamanı peşə təhsili müəssisələri və işəgötürənlər arasında birgə əməkdaşlığın qurulması məqsədi ilə işgüzar görüşlərin keçirilməsi, peşə təhsili müəssisələrində təhsil alan sağlamlıq imkanı məhdud olan gənclərin əl işlərinin “Abad” Mərkəzi tərəfindən satışının təşkil olunması və dəstək göstərilməsinə dair ilkin razılıq əldə olunub.