Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “İş yerində təcrübə” proqramı çərçivəsində təlim keçmişlər
04
02
2019
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs “Heyvandarlıq mütəxəssisi” və “Bitkiçilik mütəxəssisi” ixtisas qruplarında “Heyvanların yemlənməsi” modulu üzrə istehsalat təlimi dərslərinə start verilib.
“İş yerində təcrübə” proqramı çərçivəsində istehsalat təlimi dərsləri Qəbələ rayonunda yerləşən “Gilan Dairy Farms” MMC-nin südçülük kompleksində aparılır.
Təlim zamanı kompleksin mütəxəssisləri tələbələrə heyvandarlığın inkişaf etdirilməsi üçün yem istehsalının əhəmiyyətindən, heyvanların saxlanılması və yemlənməsi qaydaları, süd və ət istehsalı barədə geniş məlumat veriblər.
Həmçinin oxu