İş yerində təcrübəyə əsaslanan proqram çərçivəsində təlimlərə start verilib
21
01 2019
news image

            Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Quru inşaat ustası” ixtisaslı qrupunda iş yerində təcrübəyə əsaslanan proqram çərçivəsində təlimlərə start verilib.

            Mərkəzdə beynəlxalq resurs mərkəzi kimi fəaliyyət göstərən “Knauf” şirkətinin əməkdaşları tərəfindən təşkil olunan təlim zamanı  tələbələrə müasir tikinti normaları, onların nəzəri və praktiki şəkildə tətbiqi, inşaat materialları, tikintidə standartlar barədə ətraflı məlumat verilib.

            Eyni zamanda, tələbələr bu həftədən etibarən şirkət tərəfindən müxtəlif iş yerlərində master-klasslarda iştirak edəcəklər.

            Təlimləri uğurla başa vuran və master-klasslarda fəal iştirak edən tələbələr sertifikatla təltif olunacaq və işlə təmin olunacaqlar