20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
18
01 2019
news image

           Yanvarın 18-də Peşə Təhsili üzrə Dövlət Agentliyində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.  

           Əvvəlcə 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

           Anım mərasimində Qanlı Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib.

           Tədbirdə çıxış edənlər həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd edib, 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.