“Peşə təhsili inkişafına biznesin dəstəyi” mövzusunda tədbir keçirilib
25
01 2019
news image

               Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə  dəstəyi və Enactus Azərbaycan "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" İctimai  Birliyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili inkişafına biznesin dəstəyi” mövzusunda tədbir keçirilib.

               Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA-nın nümayəndələri, işəgötürənlər, eləcə də “SR Chemical” və Almaniyanın “Maschinenfabrik Kurt Neubauer GmbH” (bundan sonra MKN) şirkətinin təmsilçiləri iştirak edib.

               Tədbir çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “SR Chemical” və “MKN” şirkətləri arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

               Daha sonra “MKN” şirkəti tərəfindən peşə təhsili müəssisəsində quraşdırılacaq mətbəx istilik avadanlıqlarına baxış keçirilib, şirkətin aşpazı tərəfindən master klaslar təşkil olunub.

               Tədbir zamanı həmçinin, peşə təhsili müəssisələrinin tələbələrindən ibarət komandaların iştirakı ilə “Milli Case” yarışına start verilib. Yarışda bir sıra peşə təhsili müəssisələrinin təhsilalanları “Aşpaz”, “Dərzi” və “Qaynaqçı” ixtisasları üzrə öz peşə bacarıqlarını nümayiş etdirirlər.

               3 gün davam edən müsabiqədə hər üç ixtisas üzrə qaliblər mükafatlandırılacaq.