Peşə təhsili müəssisəsinin tələbələri “Aqrar İnkişaf Könüllülər Proqramı”na qoşulublar
14
01
2019
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Baramaçılıq”, “Sitrus və çayçılıq üzrə mütəxəssis” və “Arıçılıq” ixtisasları üzrə tələbələri “Aqrar İnkişaf Könüllüləri” Proqramına qoşulublar.
Proqramın məqsədi aqrar sektorun inkişafına ictimai dəstək vermək, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaqdır.
Mərkəzin tələbələri proqram çərçivəsində 3 ay ərzində kənd təsərrüfatının müxtəlif sahələri üzrə təcrübə əldə edəcək, kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar və onların istifadəsi ilə tanış olacaq, aqrar sahə ilə bağlı qanunvericiliyi öyrənərək fermerlərin bununla bağlı məlumatlandırılmasına köməklik göstərəcəklər.
Həmçinin oxu