Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsilalanlar üçün təlimlər keçirilib. Təlimlər interaktiv və əyani vəsaitlərdən istifadə olunmaqla təcrübəli təlimçilər tərəfindən təşkil olunub.
Tədbriin məqsədi gənclərdə sahibkar düşüncə tərzinin formalaşdırılması, onların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Təlimlər zamanı iştirakçılara “Sosial sahibkarlıq”, “Özünəməşğulluq”, “Biznes idarəçiliyi”, “Marketinq”, “Maliyyə” və “Aqroturizm” mövzularına dair geniş məlumat verilib, Avropa təcrübəsi və tanınmış sahibkarların maraqlı layihələri barədə təqdim nümayiş etdirilib.
Qarşılıqlı müzakirələr şəklində keçirilən təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, təlimlər “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclərin özünəməşğulluğu üçün Sosial Sahibkarlıq” layihəsi çərçivəsində keçirilib.