Peşə təhsilinin təbliği istiqamətində tədbirlər davam etdirilir
26
12 2018
news image

             İşəgötürənlərin və təcrübəli mütəxəssislərin peşə təhsili sahəsinə cəlb olunması məqsədi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fairmont Baku” oteli ilə birgə əməkdaşlıq çərçivəsində təlimlərə start verilib.

             Bu istiqamətdə ilk təlim dekabrın 25-də “Fairmont Baku” otelinin “Aşpaz - Qida təhlükəsizliyi” üzrə təlimçiləri Sadiq Kazımov və  Süleyman Süleymanovun iştirakı ilə  keçirilib.

             Təlimçilər “Aşpaz” ixtisası üzrə təhsilalanlara aşpazlığın sirləri, qida təhlükəsizliyi qaydaları, mətbəx avadanlıqları, quru anbarlar, sanitariya və gigiyena qaydaları, aşpazların davranış qaydaları və s. barədə ətraflı məlumatlar verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.

             Təlim zamanı Mərkəzin “Aşpaz” ixtisası üzrə məzunu “Fairmont Baku” otelində aşpazı Gültəkin Məmmədli öz uğur hekayəsini tələbələrin diqqətinə çatdırıb.

             Növbəti təlimin yanvar ayında keçiriləcəyi nəzərdə tutulur.