Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
21
12 2018
news image

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

           Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.

           Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Namizədlərdən imtahan keçiriləcək ünvana ( 5 nömrəli Bakı Peşə Liseyinin binası, Məhsəti küçəsi, 3) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.