Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə təhsil alan qruplar arasında “Sənətin ən yaxşı biliciləri” adlı peşə yarışı keçirilib.
Yarış tələbələrin stimullaşdırılması, onların təhsil aldıqları peşə üzrə bilik və bacarıqlarının nümayiş etdirilməsi məqsədilə təşkil olunub.
Yarışda qruplar yeni ilin və qış mövsümünün atributlarını əks etdirən şirniyyatlar hazırlayaraq münsiflər heyətinə təqdim ediblər.
Tələbələrin komanda şəklində hazırladıqları şirniyyatlar münsiflər heyəti tərəfindən qiymətləndirilərək I, II, III yer üzrə qaliblər müəyyən edilib.