Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü ilə “Uşaqları güldürək ki, dünya gülsün” mövzusunda xeyriyyə aksiyası keçirilib. Aksiya fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Tikişçi operator, tikiş ustası” ixtisaslı qrupunun inkluziv tədris modeli əsasında təhsil alan sağlamlıq imkanları məhdud olan təhsilalanları xeyriyyə tədbirində iştirak edib.
Tədbirdə Mərkəzin fiziki imkanları məhdud tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə təqdim olunan işlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Milli Geyim Mərkəzi və AQSİA tərəfindən tələbələrin əl işləri yüksək qiymətləndirilib, onların peşəyönümü sərgilərində iştirakı, modalar evində təlimlərə cəlb olunması və məşğulluğunun təmin olunması istiqamətində dəstək göstəriləcəyi bildirilib.