Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt Texnologiyalar Parkına info turu təşkil olunub.
Tur zamanı tələbələr Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən Elektrik Avadanlıqları, Kabel, Polimer Məmulatlar, Metal Konstruksiyalar, Qaynar Sinkləmə, Ağır maşınqayırma zavodlarında olub, istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə zavodların iş prossesi, emal edilən məhsullar haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, peşə təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin müxtəlif sənaye müəssisələrinə info-turu “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarının yüksəkixtisaslı kadrlara olan tələbinin təmin edilməsi, tələbələrdə sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, müəssisələrlə sıx əlaqələrin yaradılması, yeni texnologiya və avadanlıqların iş rejimi ilə tanış olması məqsədi ilə təşkil olunur.