Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin rəhbər heyəti Koreya Respublikasında təlim səfərində olublar.
Koreya İnsan Resursları İnkişafı Xidmətinin dəstəyi ilə təşkil olunmuş “Koreyada menecerlər üçün təqaüd təlimi” proqramının məqsədi peşə təhsili və təlimi sistemi, peşə təhsili müəssisələrinin idarəedilməsi ilə bağlı təcrübənin öyrənilməsi olub.
Koreyalı professorlar tərəfindən təlim iştirakçıları üçün müxtəlif ixtisaslar üzrə mühazirələr keçirilib, Koreyanın peşə təhsili sistemi və təcrübəsi, Milli Kvalifikasiya Sistemi, texniki təlim institutlarının fəaliyyəti və idarəolunması barədə müzakirələr aparılıb.
İştirakçılar səfər çərçivəsində Seul Politexnik Kolleci, Busan Texniki Liseyi və Koreya Peşə Təhsili Tədqiqat İnstitutunun idarə olunması ilə yaxından tanış olublar.