Koreyada təqaüd təlimində iştirak
06
12 2018
news image

             Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində çalışacaq mütəxəssislər bu ölkədə təşkil olunan təqaüd təlimində iştirak edirlər.

             Təqaüd proqramının məqsədi Koreyanın peşə təlimi və mərkəzlərin idarəolunması strategiyası ilə bağlı yeni metodlar, tədris metodologiyaları, dərsliklər və dərs vəsaitlərinin hazırlanması barədə məlumat almaqdır. 

             Təlimlər Chung-Nam Milli Universitetində və Koreyanın böyük sənaye müəssisələrində təşkil olunur.Təlim zamanı iştirakçılara Koreyada peşə təlimi və iqtisadi inkişaf arasında əlaqə, peşə təlimi sisteminin inkişafı, peşə təhsili müəssisələrinin idarə olunması, kvalifikasiya sınağının həyata keçirilməsi, milli sertifikatların tətbiq edilməsi, Milli Kompetensiya Standartları və onların inkişafı barədə məlumat verilib, mövzular ətrafında geniş müzakirələr aparılır. Mütəxəssislər həmçinin texnoloji təcrübədə iştirak edirlər.

             Təlimin sonunda iştirakçılar Chung-Nam Milli Universitetinin sertifikatını əldə edəcəklər.

             Təlim proqramı fevralın 22-dək davam edəcək.