Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzi yaradılır
13
12 2018
news image

              Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Gəncədə Sənaye üzrə Regional Peşə  Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi həyata keçirilir.

              Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasının hüquqi-normativ sənədlərinin inkişaf etdirilməsi, Kompetensiya Mərkəzində təchizat, alət və maşınların quraşdırılması, əmək bazarını araşdıraraq 3  yeni təhsil proqramı (kurikulumlar)  və tədris vəsaitlərinin hazırlanması, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizminin pilot olaraq icra edilməsidir.

              Layihə çərçivəsində cari ildə 3 kurikulum (“Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Məişət soyuducu  və istilik sistemlərinə xidmət üzrə mütəxəssis” və “Dağ-mədən işləri üzrə mütəxəssis”) və 16 modul dərslik hazırlanıb. Sənaye istiqaməti üzrə əlavə 3 ixtisasa dair kurikulum və dərsliklərin hazırlanması da nəzərdə tutulur.

              Bununla yanaşı, Gəncədə kurikulum və modulların hazırlanması üzrə təlimlər keçirilib.   

              Layihənin icrası istiqamətində “İnformal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Qaydalar”ın layihəsi hazırlanıb və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib.